Bazar ertəsi, Noyabr 10, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ “Günəşli” yatağında fəaliyyətini genişləndirir

03/10/2018
SOCAR AQŞ “Günəşli” yatağında fəaliyyətini genişləndirir
1
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2790 m olan 325 saylı quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı.

Caspian Barrel-ə şirkətdən verilən məlumata görə, SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

SOCAR AQŞ  həmçinin “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 327 saylı quyuda qazma işlərinə başlayıb.

Qeyd edək ki, 327 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2780 metr təşkil edir.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR AQŞ dayaz sulu «Günəşli» yatağında yerləşən 7 və 11 saylı, «Qərbi Abşeron» yatağının 10 saylı, «Ümid» yatağının 1 saylı və «Bulla» yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

Tags: Nobel Oil ServicesSOCAR-AQSАзнефть

Eyni kateqoriyadan Digər materiallar

“Ümid-Babək”in rəhbəri “Azneft” İB-nin baş direktoru təyin edildi
Azərbaycan

“Ümid-Babək”in rəhbəri “Azneft” İB-nin baş direktoru təyin edildi

28/03/2024
“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir
Azərbaycan

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir

19/10/2022
SOCAR-ın quyusundan 2 ton neft oğurlamağa cəhd edilib
Azərbaycan

SOCAR-ın quyusundan 2 ton neft oğurlamağa cəhd edilib

23/06/2022
Azərbaycan neftinin qiyməti bahalaşıb
Azərbaycan

SOCAR-ın qurudakı yataqları nə dərəcədə perspektivlidir?

24/09/2021
“Azneft”in bir qrup işçisi təltif edilib
Azərbaycan

“Azneft”in bir qrup işçisi təltif edilib

18/09/2021
SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb
Azərbaycan

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

08/04/2021
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.