Şənbə, Avqust 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP gələn il “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunu qazmağı planlaşdırır

08/10/2018
Abşeron yarımadasının dayazsulu hissəsində kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri görülür
10
BAXIŞ
Share on FacebookShare on Twitter

Gələn il Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

Bu barədə “Şəfəq-Asiman” blokunun əhəmiyyətini AZƏRTAC-ın müxbirinə şərh edərkən “BP Azerbaijan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli məlumat verib.

O xatırladıb ki, 2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi “Şəfəq-Asiman” üzrə 3 ölçülü seysmik tədqiqat proqramını başa çatdırıb və əldə edilən məlumatın təhlili aparılıb: “Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3 ölçülü seysmik tədqiqatdır. 2014-cü ilin birinci yarısında isə məlumatın təhlili tamamlanıb və onun interpretasiyasına başlanılıb. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir”.

“Ümid edirik ki, bizim aparıcı texnologiyamız və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni kəşflərə gətirib çıxaracaq. “Şəfəq-Asiman” perspektiv strukturunun potensialı böyükdür. Bu, yeni “Şahdəniz” ola bilər”, – deyə “BP Azerbaijan”ın vitse-prezidenti əlavə edib.

Qreq Rayli deyib: “Blok üzrə bütün kəşfiyyat işlərinin xərclərini BP öz üzərinə götürüb. 2019-cu ildə “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Bu yataqdan hasil edilən təbii qaz gələcəkdə Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya nəql oluna bilər”.

Xatırladaq ki, BP və SOCAR Xəzərdəki “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair “Qarşılıqlı anlaşma haqqında” memorandumu 2009-cu ildə Londonda imzalayıblar. Sazişin qüvvədə olma müddəti 2010-cu ilin iyulunda başa çatıb. Bu memorandum BP-yə Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmağa müstəsna hüquq verib.

2010-cu il iyulun 6-da SOCAR və BP “Şəfəq” və “Asiman” perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair müqavilə imzalayıblar. Bu sənəd “Şəfəq” və “Asiman” dəniz blokları üçün hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edirdi. Həmin il oktyabrın əvvəlində isə BP ilə SOCAR “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalayıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən “BP Exploration (Caspian Sea) Ltd.” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya, SOCAR isə qalan 50 faiz paya malikdir.

“Şəfəq-Asiman” bloku təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.

Təxmini hesablamalara görə, “Şəfəq” və “Asiman” perspektiv strukturlarında qaz ehtiyatları 300-500 milyard kubmetr təşkil edir.

Tags: BPBP Azerbaijan“BP Azerbaijan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli“Şəfəq-Asiman” strukturu

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.