Çərşənbə, May 21, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın neft və qaz hasilatının maya dəyəri artıb

03/09/2018
SOCAR unveils revenues on countries
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Ötən il SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 111,42 manat, 1000 kubmetr qazın dəyəri isə 62,19 manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2017-ci il üzrə illik hesabatında bildirilir.

Qeyd edilir ki, SOCAR üzrə neftin və qazın maya dəyəri yalnız şirkətin tərkibində olan neft və qazçıxarma idarələri üzrə araşdırılır. 2017-ci ildə 1 ton neftin istehsal maya dəyəri 111,42 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,61 manat və ya 13,9 faiz artıb. Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1 faiz, əməkhaqqı xərcləri 14,5 faiz, sosial sığorta fonduna ayırmalar 2,9 faiz, amortizasiya ayırmaları 17,2 faiz, təmir xərcləri 6,9 faiz, əsas vəsaitlərə texniki xidmət 12,1 faiz, nəqliyyat xərcləri 16,4 faiz, mədən vergisi 8,9 faiz və sair təşkil edir.

2017-ci ildə 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 62,19 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 15,42 manat və ya 33 faiz artıb. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,8 faiz, əməkhaqqı xərcləri 8,4 faiz, sosial sığorta fonduna ayırmalar 1,7 faiz, amortizasiya ayırmaları 26 faiz, təmir xərcləri 5,9 faiz, əsas vəsaitlərə texniki xidmət 10,5 faiz, nəqliyyat xərcləri 15,7 faiz, mədən vergisi 17,4 faiz və sair olub.

SOCAR üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2016-cı illə müqayisədə 15,42 manat (33 faiz) artıb. Şirkət üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə əməliyyat şirkətlərindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2017-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 163,7 manat təşkil edib.

“Şirkət üzrə neftin və qazın maya dəyərləri artıb. Neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, yanacaq xərclərinin, elektrik enerjisinin, əməkhaqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin artması hesabına baş verib. Belə ki, material xərcləri 785 min manat (3,4 faiz), elektrik enerjisi 2310 min manat (27,2 faiz), yanacaq xərcləri 142 min manat (16,6 faiz), əməkhaqqı xərcləri 3433 min manat (3,2 faiz), sosial sığorta xərcləri 551 min manat (2,5 faiz), əsas vəsaitlərin amortizasiyası 10083 min manat (8,3 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 64188 min manat (78,6 faiz), nəqliyyat xərcləri 7708 min manat (6,5 faiz), digər vergilər 2953 min manat (8,1 faiz) artıb. Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əməkhaqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, material xərcləri 580 min manat (7,1 faiz), əməkhaqqı xərcləri 1116 min manat (4,4 faiz), sosial sığorta xərcləri 193 min manat (3,8 faiz), əsas vəsaitlərin amortizasiyası 6287 min manat (8,3 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 23806 min manat (85,1 faiz), nəqliyyat xərcləri 5373 min manat (12,1 faiz), mədən vergisi 20637 min manat (60,4 faiz), digər vergilər üzrə 954 min manat (9 faiz), digər xidmətlər üzrə xərclər 1142 min manat (10,3 faiz) artıb”, – deyə hesabatda qeyd olunur.

Tags: qazın maya dəyəriSOCAR

Eyni kateqoriyadan Digər materiallar

Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqlayıb
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
Azərbaycan

SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

17/02/2025
Bu il Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi açıqlanıb
Azərbaycan

Son bir ildə Azərbaycanda qaz hasilatı 1,8 mlrd kubmetr artıb

11/12/2024
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan

SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

05/12/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Azərbaycan

“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib

09/04/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.