Cümə, Avqust 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda elektrik enerjisinin perspektivləri ilə bağlı hesabat hazırlanıb

12/09/2018
Туркменистан готовится к международному диалогу в сфере электроэнергетики
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə “Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və istehlakı: retrospektiv baxış, təhlillər, proqnozlar, təkliflər” mövzusunda hazırlanmış hesabatın təqdimatı keçirilib.

Caspian Barrel-ə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd ölkədə 2030-cu ilədək elektrik enerjisinə tələbatın müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsidir.

Hesabata elektrik enerjisinə ölkədaxili tələbatın proqnozlaşdırılması üçün beynəlxalq qurumların, eləcə də yerli mütəxəssislərin qiymətləndirmələri daxil edilib, eləcə də respublikada mövcud istilik, su və modul tipli elektrik stansiyalarının elektrik enerjisinin istehsalında payı, texniki vəziyyəti, səmərəlilik səviyyəsi, əlavə güc həddi, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və potensial imkanlar təhlil olunub.

Tədbirdə elektrik stansiyalarında modernləşdirmə tədbirlərinin aparılması, istismar müddəti başa çatmış stansiyaların isə 2030-cu ilədək fəaliyyətinin dayandırılması, yeni generasiya güclərinin yaradılması, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə ilkin prioritetlər nəzərdən keçirilib.

Qeyd olunub ki, stansiyaların istismarında səmərəliliyin artırılması, texniki təchizatın yenilənməsi, əlavə stansiyaların tikilməsi məqsədilə bu sahəyə maraqlı olan şirkətlərin, özəl sektorun cəlb edilməsi vacibdir. Həmçinin ikiyanacaqlı elektrik stansiyalarının tikintisi, yeni texnologiyaların tətbiqi, generasiya güclərinin paylanması üzrə geoməkanın təhlilinin aparılması, elektrik xətlərinin keçəcəyi tranzit yollarının düzgün seçilməsi, Abşeron yarımadası və ya onun ətraf ərazilərində 1000 MVt-lıq 1 və ya 2 stansiyanın tikilməsi, mövcud blokların bərpası və istifadəyə verilməsi, eyni zamanda metropolitendə təhlukəsiz fəaliyyətin təmin edilməsi məqsədilə əlavə ehtiyat mənbələrinin seçilməsi ilə bağlı təkliflərə baxılması tövsiyə olunub.

İclasda hesabatın aidiyyəti qurumların nümayəndələri ilə birgə işçi qrupu səviyyəsində yekun olaraq nəzərdən keçirilməsi qərara alınıb.

 

Tags: Elektrik enerjisiEnergetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.