Cümə axşamı, Dekabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Petronas” Azərbaycanda layihələrə indiyədək $4 mlrd-dan çox investisiya qoyub

14/03/2018
“Petronas” Azərbaycanda layihələrə indiyədək $4 mlrd-dan çox investisiya qoyub
3
BAXIŞ
Share on FacebookShare on Twitter

 “Azərbaycan coğrafi baxımdan Malayziyadan uzaq olsa da, bu amil iki ölkənin şirkətlərinin fəal əməkdaşlığına və investisiya qoyuluşuna mane olmur. Bu gün “Petronas” şirkətinin investisiyası 4 mlrd. dolları keçib”.

“Report” xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rahman “Caspian Energy İnternational Media Group”un nümayəndələri ilə görüşdə deyib.

Diplomat qeyd edib ki, Malayziya Azərbaycana Qafqaz regionunda və İslam dünyasında əhəmiyyətli tərəfdaş kimi baxır.

“Malayziya Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyaya və Cənubi-Şərqi Asiya ölkələrinə səfərini səbirsizliklə gözləyir. Bu mühüm səfər ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmlənməsinə təkan verəcək və hər iki tərəfdən xeyli sayda investisiyanın cəlbinə yardım edəcək”, – səfir vurğulayıb.

Onun sözlərinə görə, səfirliyin 2014-cü ilin aprelində rəsmi təsis olunmasına baxmayaraq, əlaqələrin inkişafının əsası həmin vaxt Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana səfəri və Malayziya neft şirkətinin “Şahdəniz” layihəsinə daxil olması ilə qoyulub.

Qeyd edək ki, “Petronas” “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində və Cənubi Qafqaz Boru Kəmərində 15,5% iştirak payına, həmçinin “Azerbaijan Gas Supply Company”nin səhmlərinin 12,4%-nə sahibdir.

“Bu gün Azərbaycan öz iqtisadiyyatını diversifikasiya edir və Malayziya iqtisadiyyatın bütün sahələrində böyük təcrübəyə sahib olduğu üçün strateji tərəfdaş ola bilər”, – diplomat vurğulayıb. Bakı-Tbilisi-Qars marşrutunun perspektivlərinə toxunan səfir bunun qonşu dövlətlər üçün geniş imkanlar açan olduqca mühüm və uzunmüddətli layihə olduğunu deyib.

Görüşdə Azərbaycan-Malayziya arasındakı informasiya əməkdaşlığını genişləndirmək və bu əlaqələrdə mümkün qədər geniş iştirak etmək perspektivlərinə toxunulub.

Tags: Cənubi Qafqaz Boru KəməriMalayziya səfiriPetronasŞahdəniz

Eyni kateqoriyadan Digər materiallar

Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
Азербайджан 15 января возобновит поставки газа в Болгарию
Azərbaycan

BP bu il “Şahdəniz” yatağında seysmik kəşfiyyat proqramının icrasına başlayacaq

28/01/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.