Şənbə, May 24, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Eko-sürücülük simulyatoru SOCAR-a təhvil verilib

02/03/2018
Eko-sürücülük simulyatoru SOCAR-a təhvil verilib
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Martın 2-də Eko-sürücülük simulyatorunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın Nəqliyyat Departamentinin ərazisində keçirilən tədbirdə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirak edib.

Bildirilib ki, Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən, BMTİP və SOCAR tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində işlənən komponentlərdən biri SOCAR-da Dayanıqlı Nəqliyyat proqramıdır. GEF-in layihə ssenarisi həmin komponent üzrə SOCAR-ın nəqliyyat sistemində enerji səmərəliyi və təhlükəsiz sürücülük üslublarının təqdim olunmasını nəzərdə tutur.

Beynəlxalq təcrübəyə əsasən, enerji səmərəli və təhlükəsiz sürücülük mövzusunda təlim keçmiş sürücülər nəqliyyat vasitələrinin emissiyalarını ən azı 10-15 faiz azaltmaq imkanına malik olurlar. Bu da uzun müddətli perspektivdə SOCAR-ın nəqliyyat effektivliyini inkişaf etdirməyə imkan verəcəkdir.

GEF layihəsi yanacaq növünün əvəzlənməsinə pilot investisiyalar qoyulmasında yardımçı olacaq və nəqliyyat sektorunda karbon qazının buraxılışını və eləcə də enerji intensivliyini azaltmaq mövzusunda ekoloji-sürücülük (eco-driving) təlim proqramları təşkil edir.

Təlim proqramı beynəlxalq təcrübəyə əsaslanaraq işlənib və hazırlanıb. SOCAR-da avtomobillərin idarə edilməsi sahəsində çalışan işçilərin böyük bir qismini əhatə edəcək. Bu fəaliyyət nəticəsində “Eko-sürücülük üzrə Milli Proqram”ın işlənib hazırlanacağı gözlənilir.

Layihə çərçivəsində birinci fazada 4 ədəd hibrid tipli minik avtomobili SOCAR-ın sürücülərinin ixtiyarına verilib. Eko-sürücülük metodologiyası üzrə sürücülərə həm nəzəri, həm də praktiki təlimlərin keçirilməsi üçün Eko-sürücülük simulyatoru SOCAR-a təhvil verilib.

Eko-sürücülük simulyatorunun istehsalçısı Fransanın “EDİSER” şirkətidir. Simulyator Azərbaycan yol və iqlim şəraitinə proqramlaşdırılıb, ölkənin yol hərəkəti qaydalarına uyğunlaşdırılıb. Simulyatorun üzərində minik, avtobus və yük maşınları üçün təlim keçmək mümkündür. Onun köməyi ilə ildə 1000-ə qədər sürücünün təlim keçmək imkanı yaranacaq. Eko-sürücülük sayəsində əldə edilən biliklər real həyatda tətbiq olunduqda ildə 1500 ton karbon emissiyasının (CO2) havaya atılmasının qarşısını almaq mümkün olacaq, bu da 600 ton yanacağa və ya ildə 300 min manata qənaət deməkdir.

Tags: EDİSEREko-sürücülükQlobal Ekoloji Fond (GEF)Rəfiqə HüseynzadəSOCAR-ın Nəqliyyat Departamenti

Eyni kateqoriyadan Digər materiallar

Səmt qazının emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb
Azərbaycan

Səmt qazının emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb

06/03/2018
SOCAR BMT-nin İnkişaf Proqramı ilə Niyyət Protokolu imzaladı
Azərbaycan

SOCAR BMT-nin İnkişaf Proqramı ilə Niyyət Protokolu imzaladı

06/03/2018
SOCAR-ın 1000-dək sürücüsü eko-sürücülük simulyatoru üzrə təlimdə iştirak edəcək
Azərbaycan

SOCAR-ın 1000-dək sürücüsü eko-sürücülük simulyatoru üzrə təlimdə iştirak edəcək

02/03/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Azərbaycan

Azərbaycan və Moldovanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

21/05/2025
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.