Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Səmt qazının emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb

06/03/2018
Səmt qazının emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb
6
BAXIŞ
Share on FacebookShare on Twitter

NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir.

 AZƏRTAC xəbər verir ki, bu sözləri martın 6-da NAMA layihəsi çərçivəsində Azərbaycanda karbon emissiyalarının (CO2) azaldılmasına dair tədbirlərə həsr olunan elmi-texniki konfransda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib.

O bildirib ki, 2015-ci ildən etibarən Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı (BMTİP) və SOCAR tərəfindən birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi həyata keçirilir. Bugünkü konfrans 5 il həyata keçiriləcək NAMA layihəsinin yarım dövrlük hesabatına həsr olunub. NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir.

“Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kilovolt gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) “Zağlı-Zeyvə” yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb. Layihə çərçivəsində il ərzində 6,8 milyon kubmetr səmt qazının yığılması nəzərdə tutulur”, – deyə R.Hüseynzadə əlavə edib.

BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti isə bildirib ki, iqlim dəyişmələrinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir: “Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyük qlobal missiyanın tərkib hissəsidir”.

Tags: BMTİPGEFNAMA layihəsiQlobal Ekoloji FondRəfiqə Hüseynzadə

Eyni kateqoriyadan Digər materiallar

SOCAR BMT-nin İnkişaf Proqramı ilə Niyyət Protokolu imzaladı
Azərbaycan

SOCAR BMT-nin İnkişaf Proqramı ilə Niyyət Protokolu imzaladı

06/03/2018
Eko-sürücülük simulyatoru SOCAR-a təhvil verilib
Azərbaycan

Eko-sürücülük simulyatoru SOCAR-a təhvil verilib

02/03/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.