Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
“Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir.
Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir”, – deyə SOCAR-ın birinci vitse-prezidenti bildirib.