Cümə axşamı, Sentyabr 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın 6 ölkə ilə enerji sahəsində anlaşma memorandumu imzalaması planlaşdırılır

31/01/2018
Azərbaycanın yeni energetika naziri təyin edildi
10
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın 6 ölkə ilə enerji, neft-qaz və elektroenergetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalaması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.

Bildirilir ki, “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə İndoneziya Respublikası Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi hazırlanıb. Adıçəkilən sənəd layihəsinə hazırda İndoneziya tərəfində baxılmaqdadır.

Bundan başqa, “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Gürcüstanın Energetika Nazirliyi arasında elektroenergetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi işlənib hazırlanıb və qarşı tərəfə təqdim olunması üçün Xarici İşlər Nazirliyinə göndərilib.

“Türkmənistan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində gələcək əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu” layihəsi dövlətdaxili prosedurlardan keçirilərək qarşı tərəfə göndərilib.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında enerji sahəsində Anlaşma Memorandumu” layihəsi tərəfimizdən hazırlanıb, dövlətdaxili prosedurlardan keçirilərək qarşı tərəfə təqdim olunması üçün Xarici İşlər Nazirliyinə göndərilib.

İraq tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında İraq Respublikasında neft və qaz layihələrinin inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinə Azərbaycan tərəfində baxılaraq əlavə və dəyişiklər edilib və qarşı tərəfə göndərilib.

Türkiyə tərəfindən hazırlanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş layihəsi” tərəfimizdən müvafiq dövlətdaxili prosedurlardan keçib, lakin 2015-ci il 15 yanvar tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında elektrik enerjisi mübadiləsi ilə əlaqədar yaranan borca dair Protokol”u və digər məsələlər nəzərə alınaraq, yeni layihənin hazırlanması məqsədilə qarşılıqlı müzakirələrin təşkil olunması razılaşdırılıb.

Tags: Energetika nazirliyi“Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabat

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.