Çərşənbə, Noyabr 12, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakı-Supsa kəməri təhlükə qarşısında

25/07/2017
Bakı-Supsa kəməri təhlükə qarşısında
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Bakı-Supsa neft kəmərinin Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya separatçılarının nəzarətinə keçib.  Gürcüstanın XİN baş verənləri təxribat adlandırıb və işğalın davam etdirilməsi kimi qiymətləndirib. 

“Bakı-Supsa kəməri 1997-1998-ci illərdə tikilib və 1999-cu ilin aprelində istifadəyə verilib. Hazırda kəmərlə gündəlik təqribən 60 min barel (illik 3 mln ton ətrafında) neft ixrac edilir”. Bu sözləri SİA -ya açıqlamasında Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, boru kəmərinin operatoru, yəni onun üzərində hüquqi mülkiyyət sahibi Britaniyanın BP şirkətinə məxsusdur.

“Qeyd edim ki, sözügedən ərazidə -avtomagistraldan Cənubi Osetiya ilə inzibati sərhəddə borunun keçən hissəsini bir neçə il öncə özüm müşahidə etmişəm. Hələ onda gürcülər deyirdilər ki, ixrac boru kəməri üçün təhlükə var. Boru kəməri keçən marşruta qırmızı bayraqcıqlar da taxmışdılar ki, həm ictimaiyyətin, həm də Cənubi Osetiya ilə Gürcüstan arasında yerləşdirilmiş Rusiya hərbçilərinin bu məsələyə diqqətini cəlb etsinlər. Ancaq sonrakı hadisələrin bu səpkidə inkişafı göstərir ki, Kreml rəsmi Tiflisin onunla 2008-ci ilin avqust hadisələrindən sonra “siyasi razılaşma” məsələsinin gedişindən narazıdır və ona görə də belə addımlar atmaqla təzyiqlərini davam etdirir”, – deyə İlham Şaban bildirib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafının bu və ya digər şəkildə fəsadları da ola bilər.

2008-ci ilin avqust hadisələri zamanı Rusiya Gürcüstanın əksər hərbi və iqtisadi əhəmiyyət kəsb edən obyektlərinə zərbələr endirsə də, Azərbaycanla bağlılığı olan faktiki heç bir infrastruktura və obyektə toxunmamışdı. Ancaq bu ona əsas vermir ki, biz yenə də sakitcə bu hadisənin müşahidəçisinə çevrilək. Əlbəttə ən yaxşı yol danışıqlar masası ətrafında bu məsələnin həllinin tapılmasıdır. Çünki burada qarşı tərəfə özlərinin müəyyən arzularılarının qorunması hesabına regiondakı digər oyunçuların maraqlarının da hesaba alınmasını xatırlatmaq gərəkdir ki, bunun beynəlxalq müstəviyə çıxaraq səs-küyə səbəb olması yeni iqtisadi-siyasi gərginliyə yol aça bilər.

Ancaq məsələni mürəkkəbləşdirən bir amil var ki, bütün bu hal Qərbin Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsi fonunda baş verir və heç də gizli deyil ki, Kreml bu addımı “Qərbə qarşı adekvat tədbirlər planının bir hissəsi” kimi görə bilər.

“Bu zaman vəziyyətin həqiqətən də daha qəlizləşmə perspektivi ortaya çıxar. Hətta mən deyərdim ki, Kreml ilk zamanlar nəqletmənin əvvəlki qaydada davam etməsi üçün heç bir təhlükənin olmamasını bəyan edib, bunun yalnız tanınmamış Cənubi Osetiya və Gürcüstanın müvafiq qurumları arasında demarkasiya məsələləri həllini tapanadək davam etməsi kimi göstərsə də, sonradan borudan qeyri-qanuni olaraq neft oğurlanması halları da baş verə bilər və ya sadəcə boruya nəzarətsiz zonada uzun müddət xidmət edilmədiyindən onun zədələnməsi baş verər. Bu isə arzu edilən hal deyil”, – deyə ekspert bildirib.

İlham Şabanın sözlərinə görə, ancaq istənilən halda bu kimi riskləri Azərbaycan və AÇG konsorsiumu nəzərə almalıdır. Çünki “Çıraq” yatağından ixrac məhz bu marşrutla dünya bazarlarına edilir. Alternativ isə həmişə var. Risk dərəcəsi artdığı zaman həmin neft həcmlərini Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yönəltmək mümkündür.

Ruqiyyə Nəcəfzadə, sia.az
Tags: Bakı-SupsaBPCənubi Osetiyaneft kəməri

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir
Maraqlı Xəbərlər

KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir

27/06/2024
BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb
Azərbaycan

BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb

03/05/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.