Çərşənbə, Oktyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Kaşaqan neftinin Azərbaycandan nəqli müzakirə edilib

04/04/2017
Kaşaqan neftinin Azərbaycandan nəqli müzakirə edilib
35
BAXIŞ
Share on FacebookShare on Twitter

Dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri çərçivəsində bu ölkənin energetika naziri Kanat Bozumbayevlə Azərbaycanın energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Bu haqda Azərbaycan energetika nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Energetika naziri Natiq Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkəmizə səfərini tarixi hadisə kimi dəyərləndirərək, imzalanan sənədlər, irəli sürülən təkliflər, məhsuldar müzakirələrlə bütün sahələr üzrə əməkdaşlığın inkişafında yeni mərhələnin başlanmasına möhkəm zəmin yarandığını vurğulayıb.

Nazir Bakıda keçirilən görüşlər zamanı Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya da yeni tapşırıqların verildiyini, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün Komissiya çərçivəsində mühüm tədbirlərin görülməli olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan-Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının Bakıda may ayında keçirilməsi tapşırılıb. Natiq Əliyev ötən il üzrə iki ölkə arasında idxal-ixrac əməliyyatlarını əhatə edən məlumatların toplanması və imkanların dəyərləndirilməsindən sonra konkret sahələr və istiqamətlər üzrə yol xəritəsinin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

Analoji tədbirlərin Qazaxıstan tərəfindən də görüləcəyini bildirən Kanat Bozumbayev isə iclasa qədər may ayının birinci ongünlüyündə yeni ideya və təkliflərin müzakirəsi üçün nazir müavinləri səviyyəsində görüşün keçirilməsini təklif edib.

Görüşdə enerji əməkdaşlığı kontekstində gələcəkdə “Kaşaqan” yatağından hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqli kimi məsələlər də müzakirə olunub. Ölkə rəhbərlərinin qarşılıqlı faydalı əməkdaşlıq və regional tərəfdaşlıq münasibətlərini əhatə edən məsələlərlə bağlı irəli sürdüyü digər təkliflər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Tags: AzərbaycanKanat BozumbayevKaşaqanNatiq ƏliyevQazaxıstan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Мощности ядерной генерации в мире растут
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Из порта Джейхан отгружено более 67 млн баррелей нефти BTC
Azərbaycan

BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

29/07/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.