Cümə, May 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İranın özəl neft-kimya şirkətləri Azərbaycana sərmayə yatıra bilər

14/04/2017
Iran exported petrochemical products worth $11 billion
6
BAXIŞ
Share on FacebookShare on Twitter
Azərbaycanda daimi İran nümayəndə heyəti var və onlar azərbaycanlı tərəfdaşları ilə işləyirlər

İranın Milli Neft-Kimya Şirkətinin (NIPC) investisiya direktoru Hosseyn Alimoradın  “Report”un Rusiya bürosuna müsahibəsi:

– Azərbaycanın neft-kimya sənayesinin inkişafını necə qiymətləndirirsiniz?

– Azərbaycanın neft-kimya sənayesinin inkişaf etdiyini görürük. Amma əlavə investisiyalar olmadan əhəmiyyətli irəliləyişə nail olmaq çətin olacaq. Çünki dünyada neft-kimya bazarı çox sərtdir. İran bu sektorun inkişafında Azərbaycana kömək edə bilər. Bu da ölkəyə dünya bazarına daha sürətli daxil olmağa imkan verər.

Azərbaycanda daimi İran nümayəndə heyəti var və onlar azərbaycanlı tərəfdaşları ilə işləyirlər. İranda bu yaxınlarda neft-kimya sektoru özgəninkiləşdirilib və hələlik Azərbaycan tərəfi ilə heç bir birgə layihə yoxdur. Amma bu mövzuda məsləhətləşmələr gedir.

– İran Azərbaycana real olaraq nə köməklik göstərə bilər? İran rəhbərliyi bu məsələdə nə dərəcədə maraqlıdır?

– Ayətullah Xamenei Azərbaycanla əməkdaşlıq edilə biləcək ideyalar bildirməyimi istəmişdi. Birincisi, mühəndis-tikinti əməkdaşlığıdır. İkincisi, ekspert yardımıdır: Azərbaycan tərəfinə zavod tikintisi sahəsində kömək edəcək mütəxəssislər təqdim edə bilərik.

Üçüncüsü, güclərin layihələndirilməsində yardımdır: İran layihələrin reallaşma potensialından tutmuş istehsalın başladılmasına qədər neft-kimya sənayesinin inkişafının strateji planlaşdırılmasında yardım edə bilər.

Özəl neft-kimya şirkətlərimiz birbaşa investisiyalar imkanları ilə Azərbaycana gələ bilərlər.

Yardımın digər forması müasir neft-kimya avadanlıqlarının Avropa və ya ABŞ istehsalı olan oxşarlarından qat-qat aşağı qiymətə təqdim edilməsi və bu yolla istehsal və yeni layihələrin xərclərinin azaldılmasıdır.

Azərbaycan tərəfinin təqdimatı məni yaxşı mənada təəccübləndirdi. Fərid Cəfərovu İrana dəvət etdim ki, o, neft-kimya sənayesindəki nailiyyətlərimizlə tanış olsun. Həmçinin Azərbaycana gedəcəyimə, daha əvvəl eşitdiyim Sumqayıtdakı müəssisələri canlı-canlı görəcəyimə ümid edirəm.

– Bu gün İranın Azərbaycanın neft şirkətləri ilə hansı əlaqələri var?

–SOCAR və İran Milli Neft Şirkəti (NIOC) fəal əməkdaşlıq edir. Amma onlar dövlət şirkətləridir və öz dövlətlərinin maraqlarına əsaslanırlar. Amma bu sahədə özəl şirkətlər arasında əlaqələr zəifdir.

İndi İranın Neft Nazirliyinin nəzarətində olan enerji sektorunda Azərbaycanla əməkdaşlıq üzrə daimi komitə var. Bu komitə birgə layihələr üçün imkanlar axtarır.

– Qərbin sanksiyaları aradan qaldırması İranda neft sənayesinə nə dərəcədə güclü təsir edib?

– Qərbin sanksiyalarına baxmayaraq, biz bu illərdə neft sənayesinin strateji planlaşdırmasını davam etdirdik. Əlbəttə, sanksiyalar planların həyata keçirilməsində bəzi gecikmələrə səbəb oldu, lakin onlara ciddi təsir etmədi. Sanksiyaların aradan qaldırılmasından sonra beynəlxalq tərəfdaşlarla daha geniş miqyasda işləmək imkanı əldə etdik.

Məsələn, indi İranın neft-kimya sənayesinə 6 başqa ölkənin sərmayə yatırması barədə danışıqlar gedir. Bütün detalları açıqlamayacağam, amma danışıqlar uğurlu olarsa, bu, böyük nailiyyət olacaq. Bundan əlavə, İran neft-kimya sferası üzrə Cənub-Şərqi Asiyanın bir neçə ölkəsi ilə danışıqlar aparır. Eyni zamanda, Cənubi Asiya ölkələri tərəfindən İranın neft-kimya sektorunu qısamüddətli maliyyələşdirmə üzrə əlavə proqram var. Bu, İranın daha əvvəl üzərinə düşən bütün maliyyə öhdəliklərini yerinə yetirməsinə görə mümkün olub. Bizdən fərqli olaraq, bəzi Avropa ölkələri İrana qarşı öhdəliklərini yerinə yetirməyə tələsmirlər.

– Bəs, ekoloqlar İranın neft-kimya sənayesinin inkişafına necə yanaşırlar? Axı, bunun ətraf mühiti ən çox çirkləndirən sahələrdən biri olduğu məlumdur.

– İranda beynəlxalq norma və standartlara cavab verən istehsalın ekoloji təmizliyini milli tənzimləmə mövcuddur. Ölkədə hər hansı neft-kimya istehsalı sağlamlıq və təhlükəsizliyə təsir qiymətləndirilməsindən keçməlidir.

İranda bütün neft şəbəkəsində istehsal atmosferə tullantıların CO2 normasına uyğun aparılır. Bu və ya digər layihənin maliyyələşdirilməsi ətraf mühitə zərər müəyyən olmadan mümkün deyil. Xalqımız və qonşularımızın sağlamlığını düşündüyümüzdən bu məsələ üzərində ciddi işləyirik.

Tags: AzərbaycanSOCARИран

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
Çinin İran neftinə qayıdışının mənası
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.