Bakı-Aşqabad anlaşması Türkmənistan qazının Avropaya çatdırılmasını asanlaşdıra bilər
Qərb analitikləri “Dostluq” yatağında əldə olunan razılaşmanı gələcəkdə Türkmənistan qazının Avropa bazarlarına tədarükü məsələsində böyük bir irəliləyiş kimi qiymətləndirirlər
Caspian Barrel enerji təhlükəsizliyi mütəxəssisi John Robertsin Trend agentliyinə müsahibəsinə əsasən bildiri ki, bu razılaşmanın əhəmiyyəti sözügedən yataqda nə qədər neft və ya qaz olduğu sualından asılından deeyil.
“Burada əsas məqam iki qonşu Xəzər ölkəsi arasında çox mürəkkəb enerji məsələləri üzrə səmərəli əməkdaşlıqdır ki, bu da orta perspektivdə bazar üçün yeni perspektivlər aça bilər” deyə Roberts düşünür.
“Dostluq” yatağı Azərbaycanın “Azəri-Çıraq-Günəşli” neft bloku ilə Türkmənistan sularındakı “Blok 1” (Malayziyanın “Petronas” şirkəti tərəfindən işlənir) arasında yerləşən münbit bir karbohidrogen layında yerləşir.
Xəzərdəki bir sıra Türkmənistan qaz yataqları ilə Azərbaycan sularındakı yataqları birləşdirərək Türkmənistan qazının Qərbə doğru nəqlinə imkan yaradan sualtı infrastrukturu təsəvvür etmək elə də çətin deyil.
Bu inkişafın ticari perspektivləri 2014-cü ilin oktyabrında Türkmənistan hökuməti ilə hasilatın bölüşdürülməsi müqaviləsi çərçivəsində “Blok 1”-i işlədən Malayziyanın “Petronas Carigali’ şirkətinin Azərbaycanın nəhəng Şahdəniz qaz yatağı layihəsində 15,5 faiz hissəsini əldə etməsindən sonra əhəmiyyətli dərəcədə irəliləyib. Xatırladaq ki, “Blok 1”-dən 160 kilometr məsafədə Cənubi Qaz Dəhlizinin başlanğıcını götürən Səngəçal sahil qaz terminalı yerləşir.