Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun2019-cu il büdcəsinin icrasını təsdiq edib.
Fondun 2019-cu il ərzində büdcəsi dövlət başçısının saytında dərc olunub.
2019-cu il ərzində ARDNF-nin gəlirləri 19 milyard 30,6 milyon manat (123,2% icra olunub), xərcləri – 11 milyard 588,6 milyon manat (99,9% icra olunub) təşkil edib. Beləliklə, ötən il Fondun büdcəsi 7 milyard 442 milyon manat profisitlə icra olunub (gəlirlərə 39,1%).
2019-cu ildə Fondun gəlirləri strukturunda Azərbyacnanın mənfəət neft və qazının satışından daxilolmalar 14 milyard 614 milyon 708,6 min manat (bütün gəlirlərin 76,8%-i), akrhesabı ödənişləri – 4 milyon 692 min manat, Azərbaycan ərazisindən keməklə neft və qaz tranzitindən gəlirlər – 18 milyon 937,7 min manat, Fondun valyuta aktivlərinin yerləşdirilməsi və idarə olunmasından gəlirlər – 3 milyard 625 milyon 923,3 min manat, bonus daxilolmaları – 766 min 351,2 manat təşkil edib.
Fondun xərcləri strukturunda dövlət büdcəsinə transfertlər 11 milyard 364,3 milyon manat (bütün xərclərin 98,1%-i), məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi – 199 milyon 998,6 min manat, Fondun inzibati xərcləri – 24 milyon 304,9 min manat təşkil edib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.