logo

“SOCAR-STP” birgə müəssisənin nizamnamə kapitalı $1 mln təşkil edir

Views: 95

Aprelin 2-də Azərbaycan Dövlət Vergi Xidməti “SOCAR-STP” MMC-ni 1,7 milyon manat dəyərində nizamnamə kapitalı ilə qeydiyya alıb (cari məzənnə ilə$1 milyon). Bu barədə “İnterfaks-Azərbaycan”a Xidmətdən məlumat verilib.

“SOCAR-STP” MMC SOCAR şirkəti və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) birgə təsis etdiyi müssisədir.

Şirkətin hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153.

Xə bər verildiyi kimi, “SOCAR-STP” MMC-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

Sumqayıt Texnologiyalar Parkı energetika obyektlərinin tikintisi ilə məşğul olan “Azenco” şirkətinin strukturuna daxildir. Parkın sahəsi 250 ha təşkil edir.

STP-nin ərazisində 14 müəssisə və 18 istehsalat sahəsi fəaliyyət göstərir.

interfax.az

0

Your Cart