logo

SOCAR 2019-cu ildə Gürcüstana qaz ixracını 11,3% artırıb

Views: 40

SOCAR 2019-cu ildə Gürcüstana qaz ixracını 11,3% – 1 mlrd. 229,7 mln. kubmetrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.

“Dəqiqləşdirilmiş məlumata görə, 2018-ci ildə SOCAR Gürcüstana 1 mlrd. 105 mln. kubmetr qaz ixrac edib. 2019-cu ildə bu rəqəm 1 mlrd. 229,7 mln. kubmetr təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 11,3% çoxdur” – nazirlikdən məlumat verilir.

Nazirliyin məlumatına görə, 2019-cu ildə Gürcüstan “Şahdəniz” yatağından 1 milyard 176,4 mln. kubmetr qaz idxal edib (artım 6,6%).

Beləliklə, ötən il Gürcüstan Azərbaycandan 2 milyard 406,1 milyon kubmetr həcmində qaz əldə edib. (2018-ci illə müqayisədə artım 9% – İF).

Hazırda Azərbaycan Gürcüstana qazın əsas tədarükçüsüdür.

SOCAR tərəfindən qaz Qazıməmməd-Qazax magistral qaz kəməri ilə nəql olunur.

Bundan əlavə, “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı da Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum – İF) ilə Gürcüstana nəql olunur.

Gürcüstanda təbii qaz bazarının (topdan və pərakəndə) inkişaf etdirilməsi məqsədilə 2007-ci ildə “SOCAR Georgia Gas Ltd” yaradılıb.

2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti şirkət tərəfindən ölkənin qaz infrastrukturuna sərmayə qoyuluşu şərtilə 23 regional qazpaylayıcı şirkət və bir sıra qaz təsərrüfatı və şəbəkəsinin onun idarəçiliyinə verilməsi haqqında müqavilə imzalayıb.**

0

Your Cart