logo

SOCAR təxliyyə edilən neftçilərin sayını 2500 nəfərə qədər artırdı

Views: 40

SOCAR əvvəlki açıqlamasında 1700 nəfər neftçinin təxliyyə edilməsi qeyd etmişdi. Ancaq hava şəraitinin kəskin dəyişməsi proqnozlarına əsasən bu göstərici 2500 nəfərədək artırılıb.

Caspian Barrel SOCAR-a istinadən xəbər verir ki, yanvarın 16-sı saat 18:00-a olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirmişdir.

Bütün sahələrdə növbətçilik təşkil olunmuş, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədi ilə növbətçilər sahələrdə saxlanılmışdır. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 2500 nəfərə yaxın neftçinin sahilə çıxarılması üçün tədbirlər görülmüşdür. 

Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılmış, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilmişdir. 

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər. 

Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac idarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir. 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart