Azərbaycan

SOCAR-ın Təlim Mərkəzi dalğıc peşəsinə şagird qəbulu üçün müsabiqə elan edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə (DİHMÜTM) “I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc” peşəsi üzrə 20 vakant yerə şagird qəbulu üzrə müsabiqə elan olunub.

Report” xəbər verir ki, müraciət üçün son tarix 13 iyun saat 17:00-dək nəzərdə tutulub.

Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar (yalnız kişilər üçün):

Azərbaycan Respublikasının vətəndaşı olmalı; 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı; Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq); Minimum tam orta təhsilli olmalı (ali təhsillilərə, ingilis və rus dilini bilənlərə üstünlük veriləcək); Fiziki görünüşü atletik, normaastenik olmalı; Boyu 1.70-1.85 sm olmalı; Çəkisi 71-90 kq-a qədər olmalı.

Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş, amma üzrsüz səbəbdən imtina etmiş şəxslər müsabiqəyə buraxılmayacaq.

Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması halı aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq.

Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə, siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaq.

Bildirilib ki, müraciət yalnız elektron formada SOCAR-ın rəsmi veb-səhifəsinin ( www.socar.az ) Karyera bölməsinin Təlim Mərkəzinə Sənəd Qəbulu alt-bölməsində qəbul olunur. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər.