Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 100 mininci sertifikatı təqdim edib

15/05/2018
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 100 mininci sertifikatı təqdim edib
14
BAXIŞ
Share on FacebookShare on Twitter

Mayın 15-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarında verilən 100 mininci sertifikatın dinləyiciyə təqdim edilməsi mərasimi keçirilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın 100 mininci peşə təlimi sertifikatı “Müasir elektron ölçü vasitələrinin ölçü qovşaqlarının və standartlarının tətbiqi” kursunu müvəffəqiyyətlə bitirən “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qaz çıxarma idarəsinin (NQÇİ) əməkdaşı Aftil Əliyevə təqdim edilib.

TTSİ-nin rəisi Fuad Süleymanov İdarənin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib, keçilən yola nəzər yetirib, SOCAR-ın beynəlxalq standartlara cavab verən və region üzrə öz sahələrində unikallığı ilə seçilən müxtəlif peşə təlimi kurslarından bəhs edib.

“Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov texnologiyanın sürətli inkişafı dövründə müxtəlif ixtisaslar üzrə peşəkar fəhlə və mütəxəssislərin kurslara cəlb edilməsinin biznes inkişafı üçün olan zərurətini vurğulayıb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbirdə deyib: “Prezident İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir” təlimatına uyğun olaraq, SOCAR bu istiqamətdə öz genişmiqyaslı layihələrini davam etdirir. Dayanıqlı inkişafımızın əsas şərtlərindən biri də beynəlxalq standartlara cavab verən yüksək səviyyəli peşə təliminin təşkilidir. 13 il ərzində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Ölkə iqtisadiyyatına dəyərli töhfə verərək təlim mərkəzlərində 100 minə qədər peşəkar fəhlə kadrının hazırlanmasına, mühəndis texniki işçilərin ixtisaslarının artırılmasına nail olunub. 100 mininci sertifikatın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində “28 May” NQÇİ-nin əməkdaşına qismət olması isə həm də rəmzi məna daşıyır”.

“Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin istehsalat proseslərinin avtomatlaşdırılması Xidmət sahəsinin böyük mühəndisi 100 mininci sertifikatın sahibi Aftil Əliyev bildirib: “SOCAR-da peşə təlimləri beynəlxalq standartlar əsasında keçirilir. Təlim mərkəzlərində ən müasir avadanlıqlardan istifadə olunur, peşəkarlar burada müasir bilik və səriştələrə yiyələnə bilirlər. Burada verilən sertifikatlar həm yerli, həm də xarici şirkətlərdə fəaliyyət göstərmək üçün bir vəsilədir. Belə bir şərait yaratdığına görə Prezident İlham Əliyevə və SOCAR-ın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki və mexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarənin mütəxəssisləri tərəfindən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlər keçirilir. Həmçinin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə standartların tətbiqi və onlara nəzarət TTSİ-nin fəaliyyət sferasına daxildir.

Tags: SOCARTədris və Sertifikatlaşdırma İdarəsiTəlimАзнефть

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.