logo

Parlament SOCAR və “Equinor” arasında bağlanmış iki sazişi ratifikasiya edib

Views: 40

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında bağlanmış iki saziş ratifikasiya edilib.

Sazişlər 2018-ci il mayın 31-də Bakıda imzalanıb. SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş imzalanıb.

Bundan başqa, “Equinor” şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb.

Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

““Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” haqqında sazişə əsasən “Equinor” şirkəti 12 ay ərzində müqavilə sahəsində ehtiyatların qiymətləndirilməsi üçün bir kəşfiyyat quyusu qazacaq. Qazmanın nəticələri layihənin kommersiya cəhətdən əlverişliliyini təsdiq edərsə, işlər davam etdiriləcək. Əks halda, “Equinor” müqavilədən çıxmaq hüququna malikdir”, – deyə parlamentin vitse-spikeri Valeh Ələsgərov qeyd edib.

Onun sözlərinə görə, “Equinor” layihədən çıxarsa, qazılmış quyu SOCAR-ın sərəncamında qalacaq.*

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart