logo

Builki “Caspian Oil and Gas” sərgisində 300-dən çox şirkət iştirak edəcək

Views: 35

Builki “Caspian Oil and Gas” sərgisində 38 ölkədən 312 şirkət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 24-də XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgi-konfransının və VIII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2018” sərgisinin açılışına həsr olunan mətbuat konfransında “Iteca Caspian” şirkətinin prezidenti Fərid Məmmədov deyib.

O bildirib ki, Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərgi mayın 29-dan iyunun 1-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. “Caspian Oil and Gas” əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini araya gətirəcək: “Builki “Caspian Oil and Gas” sərgisinin yubileyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi kimi əhəmiyyətli tarixi hadisələrə təsadüf edir”.

Məlumat verilib ki, “Caspian Oil and Gas” sərgi-konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək. Sərgisinin 40 faizini ənənəvi olaraq sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.

Bildirilib ki, mayın 30-31-də keçiriləcək “Caspian Oil and Gas” konfransı isə aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayacaq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart