logo

SOCAR və “Petrofac”-ın birgə müəssisəsinin nizamnamə kapitalı 100 min manat təşkil edib

Views: 617

SOCAR (ARDNŞ) və Böyük Britaniyanın “Petrofac” şirkəti neftçilərin hazırlanması üzrə 100 min manat nizamnamə kapitalı ilə SOCAR-PETROFAC birgə müəssisə yaradıblar.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.

“Fevralın 22-də Vergilər Nazirliyi 100 min manat nizamnamə kapitalı ilə “SOCAR-PETROFAC” MMC-ni qeydiyyata alıb”, – nazirliyin məlumatında deyilir.

MMC-nin Müşahidə Şurası 4 nəfərdən ibarətdir: Xaliq Məmmədov, Fuad Süleymanov, David Fişer və Karim Osserian.

Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında SOCAR və “Petrofac” birgə müəssisənin təsis olunamsına dair müqavilə imzalayıblar. Birgə müəssisədə SOCAR-ın səhm payı 51%, “Petrofac” şirkətinin payı isə 49% nisbətində müəyyən edilib.

Onun yaradılmasında məqsəd hər iki şirkətin öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni şirkət Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün əməkdaşların təkmil və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərəcək.

Treninqlər neft şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunmaqla təşkil ediləcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart