Azərbaycan

İndiyədək AÇG-dən 3,3 mlrd barrel neft çıxarılıb

İndiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3,3 milyard barrelədək xam neft hasil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O bildirib ki, bu vaxtadək bu layihəyə 33 milyard dollar xərclənib. Layihənin icrası çərçivəsində Azərbaycan 125 milyard dollar gəlir əldə edib.