Azərbaycan

“Azəriqaz” İB: 2,1 mln abonent təbii qazla təmin edilib

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 106 min 635-ə çatıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin yanvar ayı ərzində birlikdə əhali sektoru üzrə 9 min 493 yeni abonent qeydiyyata alınıb. Bunun 7 min 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 min 169-u isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 106 min 635-ə çatıb.

Fevralın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.