Türkmənistan

Aİ Türkmənistan və İranın “Cənub Qaz Dəhlizi”nə qoşulması üçün yollar axtarır

Avropa İttifaqı (Aİ) Türkmənistanın “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması üçün yollar axtarmaqda davam edir.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekunu üzrə mətbuat konfransında deyib.

O deyib: “Bir neçə il bundan öncə Aİ Türkmənistanla bu məsələ üzrə danışıqlar aparmaq üçün mandat alıb. Türkmənistan tərəfi yenidən layihəyə qoşulmaqla bağlı marağını ifadə edib. Biz Türkmənistanın “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması üçün yollar axtarılmasında Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Bu məsələ üzrə danışıqları davam etdirmək barədə razılaşmışıq”.

Bundan başqa Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib ki, Aİ İranın da “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaq imkanlarını müzakirə etməyə hazırdır.