Azərbaycan

SOCAR indiyədək “Petkim”ə $760 mln sərmayə yatırıb

SOCAR bu vaxtadək “Petkim”ə 760 milyon dollar investisiya qoyub.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

“SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra biz Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı aldıq və sonra onu satdıq. İndi “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi idi. 2017-ci ilin üçüncü rübündə isə bu göstərici 4,5 milyard türk lirəsi, mənfəətimiz isə 1 milyard lirə oldu.

2016-cı və 2017-ci illər “Petkim” üçün rekordlarla dolu illər oldu. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoymuşuq. Şirkət üçün ciddi bir sərmayə proqramımız var və biz bu investisiyanı 2009-2012-ci illər arasında tədricən həyata keçirdik. İndi bu investisiyanın faydasını görürük və hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir”,- deyə o bildirib.