Azərbaycan

SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri 8% artırıb

2017-ci ildə SOCAR Dövlət büdcəsinə 1 mlrd. 511,033 mln. min manat vergi ödəyib. 

Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

“Ötən il SOCAR dövlət büdcəsinə 1 mlrd. 511 mln. 33 min manat ümumi məbləğdə vergi ödəyib. Bu da 2016-cı ilin göstəricisindən 8,3% çoxdur”, – məlumatda qeyd olunur.

2016-cı ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 395,456 mln. manat vergi ödəyib. SOCAR-ın 2017-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 280 mln. manat səviyyəsində müəyyən edilib.

Interfax.az