Azərbaycan

“Petkim” keçən il $671 mln-luq məhsul ixrac edib

“Petkim PetroKimya Holding A.Ş.” 2017-ci ildə il 671 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

AZƏRTAC xəbər verir ki, bu göstəricisi ilə “Petkim” Egey bölgəsinin ən böyük ixracatçısı olub. Şirkət “Ən çox ixrac reallaşdıran şirkət” və “Kimya sektorunda ən çox ixrac həyata keçirən şirkət” mükafatlarına yiyələnib.

“Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov deyib ki, 2017-ci il şirkət üçün uğurlu il olub. “Petkim” ötən il 69 ölkəyə məhsul ixrac edib.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.