logo

“Petkim” gələn ildən yeni sahədə investisiyaya başlayır

Views: 48

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” gələn il rəqəmsallaşma ilə bağlı investisiyalara başlayacaq.

Bunu “Petkim Holding”in baş direktoru Anar Məmmədov “Bloomberg HT”də yayımlanan “Piyasa hattı” proqramında bildirib.

“Bu həftə rəqəmsallaşdırma və texnologiya üzrə baş direktorun müavini vəzifəsini yaratmışıq. Yanvar ayından etibarən bu sahədə irəliləməyi düşünürük. Bizim hədəfimiz “Petkim”i Türkiyə və Azərbaycanın aparıcı rəqəmsal şirkətinə çevirməkdir. Hədəfimiz odur ki, “Petkim” eşidiləndə rəqəmsal düşünülsün və ya əksinə, rəqəmsal şirkət eşidiləndə “Petkim” düşünülsün. Məqsədimiz “Petkim”in rəqəmsal bölməsi olan neft-kimya təsisi deyil, neft-kimya məhsulları istehsal edən rəqəmsal təsis etməkdir. Bu məsələdə çox ciddiyik və gələn ildən bununla bağlı investisiyalara başlayacağıq”, – deyə Holdinqin direktoru bildirib.

Onun sözlərinə görə, bu işlər bir ilə bitirilə bilməz və 2-3 illik layihədir. A.Məmmədov qeyd edib ki, 2018-ci ilin sonunda layihənin ilkin nəticələri əldə olunacaq.

Report.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart