Azərbaycan, Materiallar

Etilen-Polietilen zavodunda əsaslı təmir işlərini başa çatdı

Ancaq Etilen-Polietilen zavodunda modernləşdirmə işləri 2019-cu ildə başa çatdırılmalıdır

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi Sumqayıtda Etilen-Polietilen zavodunda əsaslı təmir işlərini başa çatdırıb. Bu barədə SOCAR-ın məlumatında qeyd edilir.

“Avqustun 10-dan sentyabrın 20-dək Etilen-Polietilen zavodunun fəaliyyəti əsaslı təmirə dayandırılıb”, – məlumatda deyilir.

SOCAR-dan bildiriblər ki, Etilen-Polietilen zavodunda modernləşdirmə işləri 2019-cu ildə başa çatdırılmalıdır.

Modernləşdirmənin əsas məqsədi SOCAR Polymer şirkətinin polipropilen istehsalı üzrə gələcək zavodun xammalla təmin edilməsi məqsədilə məhsuldarlığının artırılmasıdır.

Öncə “Azərikimya” İB-nin rəhbəri Muxtar Babayevə istinadən məlumat verilib ki, zavodun modernləşdirilməsi 3 mərhələdə həyata keçirilir: birinci mərhələ 2017-ci ilin oktyabr ayında, ikincisi – 2018-ci ilin iyul-avqust aylarında, üçüncüsü isə təxminən 2019-cu ilin yayında başa çatacaq.