Maraqlı Xəbərlər

WB Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

Dünya Bankının (WB) son hesabatına görə, Azərbaycan iqtisadiyyatında bu il artım gözlənilmir

Sənəddə qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda ÜDM 1,4% azalacaq, 2018-ci ildə isə 0,6% artacaq.

APA xəbər verir ki, bu barədə Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir.

Bildirilir ki, bu il resessiyaya bank sistemində baş verən neqativ proseslər, sərt pul-kredit siyasəti və s. amillər səbəb olacaq.

Bununla yanaşı, Dünya Bankı Azərbaycan iqtisadiyyatında müəyyən irəliləyişin baş verdiyini də qeyd edib.