Türkmənistan

Türkmənistan “Şərq-Qərb” boru kəməri vasitəsilə ilk qazın nəqlinə başlayıb

east-west3Türkmənistanın Axal vilayətinin yaşayış məntəqlərinə bu yaxınlarda istismar verilmiş “Şərq-Qərb” boru kəməri ilə qaz nəql edilməyə başlayıb. Bu barədə Türkmənistanın neft və qaz nazirliyinin məlumatında bildirilir.

Qaz kəmərinin uzunluğu 733 km,ötürmə gücü isə ildə 30 milyard kub metr qazdır. Həmçinin qeyd edilir ki,layihə üzrə “Şatlık” kompressor stansiyasının inşası davam edir.

Boru kəməri ilə tədarük edilən qaz, inşası davam edən benzin istehsalı,mineral kübrə zavodları üçün xammal olacaq və qaz-turbin stansiyasına veriləcək.

Nazirliyin məlumatında deyilir ki, ”Şərq-Qərb” magistral boru kəməri ölkənin əsas qaz yataqlarını vahid sistemdə birləşdirəcək və türkmən qazının dünya bazarlarına istənilən istiqamətində ixracı üçün şərait yaradacaq.