logo

Azərbaycan 2027-ci ilədək əmtəəlik qaz hasilatını 37 milyard kubmetrə qədər artıracaq

Views: 153

2021-ci ildə ölkədə əmtəəlik qaz hasilatı 32,6 mlrd kubmetr təşkil etmişdi, ötən il isə bundan 2 milyard kubmetr çox olub

Azərbaycan hökuməti 2026-cı ildə Azərbaycanda qaz hasilatını 48 milyard 35,6 milyon kubmetr səviyyəsində proqnozlaşdırır, bu da 2023-cü il üçün proqnoz göstricidən 2,7% çoxdur.

Hökumətin 2023-2026-cı illər üçün proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda qaz hasilatı 46 milyard 761,6 milyon kubmetr təşkil edəcək, 2026-c ildə 48 milyard 35,6 milyon kubmetrə çatacaq.

Beləliklə, 2023-2026-cı illər ərzində qaz hasilatında artım 2,7% təşkil edəcək.

Hökumətin məlumatına əsasən, 2023-cü ildə əmtəə qazının hasilatı 35 milyard 900,3 milyon kubmatr təşkil edəcək, 2026-cı ildə 36 milyard 890 milyon kubmetrə çatacaq. Beləliklə, 2023-2026-cı illərdə əmtəə qazının hasilatı 2,8% artacaq.

Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qaz hasilatı 42 milyard 498 milyon kubmetr (artım 7,1%) təşkil edib. Həmçinin, əmtəə qazının hasilatı 31 milyard 790,9 milyon kubmetr (artım 8%) olub.

2021-ci ildə Azərbaycanda qaz hasilatı 43 milyard 863,5 milyon kubmetr (artım 18,1%) təşkil edib. 

“İnterfaks-Azərbaycan”

0

Your Cart