logo

Rusiya neftinə qiymət həddi tətbiqinə 32 ölkə qoşulub

Views: 245

G7 ölkələri və müttəfiqləri Rusiya neftinin qiymət həddini (price cap) rəsmən təsdiqləyib. Bu, Aİ-nın qiymət həddinin 60 dollar olacağına dair razılaşmasından dərhal sonra baş verib.

Rusiya baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalının efirində bəyan edib ki, Rusiya G7 ölkələri və Avropa İttifaqı (Aİ) tərəfindən qiymət həddi tətbiqini qadağan edən mexanizm hazırlayır.

“Biz hesab edirik ki, bu, qeyri-bazar alətidir, bazardakı münasibətlər üçün səmərəsiz olan bir addımdır. Hansı səviyyənin təyin olunmasından asılı olmayaraq biz qiymət həddi alətindən istifadəyə qadağalar üzərində işləyirik, çünki belə müdaxilə, fikrimizcə, bazarın daha da sabitsizləşməsinə gətirib çıxara bilər”, – deyə Novak bildirib.

Qiymət həddi Koalisiyası – G7 ölkələri (ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniya), Avstraliya və Aİ (ümumilikdə 32 ölkə) – dekabrın 2-də dəniz yolu ilə daşınan Rusiya xam neftinin qiymətinin
hər barel üçün 60 dollardan baha olmamaq şərti ilə alınıb-satılması haqda razılığa gəliblər.

Dekabrın 2-də Rusiyanın Urals markalı nefti 64 dollar/barelə satılıb. Bundan əvvəl Rusiya Federasiyasının Maliyyə Nazirliyi bildirmişdi ki, noyabr ayı üçün Urals neftinin orta qiyməti 66,47 dollar/barel təşkil edib ki, bu da 2021-ci ilin noyabr ayı ilə müqayisədə 16,58% (barel üçün 79,68 dollar) aşağıdır.

Caspian Barrel

0

Your Cart