Çərşənbə axşamı, İyun 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rusiya neftinə qarşı embarqoya nə mane olur?

05/05/2022
Rusiya neftinə qarşı embarqoya nə mane olur?
13
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu həftə ərzində Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edəcəyi gözlənilir.

Onun əsas elementi Rusiyadan neft və neft məhsullarının idxalına qadağa durur. Belə ki, Rusiya Avropanın ən böyük neft tədarükçüsüdür. Onun neftindən ən çox asılı olan ölkələr Litva (neft idxalının 83 %-i Rusiyanın payına düşüb), Finlandiya (80 %), Slovakiya (74 %), Polşa (58 %) və Macarıstandır (43 %).

Litva hələ ötən ayın əvvəlində Rusiyadan qaz alışını dayandırıb və neftə qarşı embarqo ideyasının əsas müəlliflərindən biridir. Finlandiya mayda Rusiyadan aldığı qazın kəsiləcəyinə hazırlaşır. Belə ki, hökumət qaza görə ödənişin rus rublunda aparılması şərtini qəbul etmədiyini bəyan edib. Daha əvvəl “Qazprom”un analoji səbəbdən Polşa və Bolqarıstanın qazını kəsdiyini nəzərə alsaq Finlandiyanı da eyni aqibətin gözləyəcəyi şübhə doğurmur. Rusiya təhlükəsi qarşısında NATO-ya üzvlüklə bağlı səyləri xeyli aktivləşdirən Finlandiya hələ bir ay əvvəldən Aİ-ni Rusiyadan neft idxalına qadağa qoymağa çağırıb.

Bu gün Polşanı həqiqi mənada Ukraynanın Aİ-də ən aktiv lobiçisi adlandırmaq olar. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən bu yana Polşa 3 milyona yaxın Ukraynalını qəbul edib və 77 minini işlə təmin edib. Ölkə Ukraynaya 1,5 milyard ABŞ dolları dəyərində hərbi yardım (o cümlədən 200 ədəd T-72 tankı) edib. Polşa Aİ-ni təxirə salınmadan Rusiya nefti və qazına qarşı sanksiyalara çağırır. O, eyni zamanda Rusiya neftindən imtina məsələsində Qdanskadakı Neft Emalı Zavodu vasitəsilə Almaniyaya belə kömək etməyə hazır olduğunu bəyan edib. O ki qaldı Almaniyaya bu ölkə müharibə başlayadan bu yana Rusiya neftindən asılığını 3 dəfəyə yaxın azaldıb və Aİ-nin embarqo planlarını dəstəkləyir.

Macarıstan və Slovakiya bu gün qəti şəkildə Rusiyadan neft idxalına qadağa qoyulmasına qarşı çıxır. Slovakiya bunu onunla əsaslandırır ki, onun “Slovnaft” Neft Emalı Zavodu dərhal rus neftindən digər tədarükçülərin neftinə keçə bilmir. Bunun üçün bir neçə il gərəkdir.

Ən radikal mövqe Macarıstana məxsusdur. Burada həm iqtisadi həm də siyasi faktorlar mövcuddur. Macarıstan təbii qaza olan ehtiyacının 80 %-dən çoxunu Rusiya hesabına ödəyir. “Mavi yanacaq” 2036-cı ilə kimi imzalanan iki uzunmüddətli müqavilə əsasında alınır. Bu isə o deməkdir ki, Macarıstan təbii qazı bazar dəyərindən dəfələrlə aşağı qiymətə əldə edir. Bu, amil ardıcıl olaraq 4-cü dəfə seçkilərdə qalib gələn Viktor Orban hökuməti üçün böyük siyasi dividend təmin edir.

Macarıstan Avropada Rusiyanın təbii qazın dəyərini rublla ödəmək tələbini qəbul edən yeganə ölkədir. Belə olan şəraitdə Macarıstanın Rusiya neftinin qadağasına veto qoyacağı şübhə doğurmur. Aİ dünya neft bazarına zərəri minimuma endirmək və bəzi ölkələrin rus neftindən asılılıq dərəcəsini və alternativ mənbələrin tapılması çətinliyini nəzərə alaraq mərhələli imtinanı nəzərdən keçirir. Bu kontekstə Slovakiya və Macarıstan üçün istisnalar tətbiq edilə bilər. Təklifə əsasən Aİ ölkələri altı ay ərzində neftdən, ilin sonuna kimi isə neft məhsullarından imtina etməlidirlər.

Rusiyaya qarşı analoqu olmayan sanksiyaların tətbiq edilməsinə baxmayaraq onun Ukraynadakı hərəkətlərinə təsir etmək mümkün olmayıb. Əksinə Kiyev ətrafındakı uğursuzluğdan sonra güvvələrini yenidən formalaşdıran Rusiya daha aqresiv davranmağa başlayıb. Bu gün Avropanın əlində şimal qonşumuzun Ukraynaya dair iştahını azalda biləcək yeganə radikal iqtisadi təsir vasitəsi kimi neft-qaz embarqosu qalır. Belə ki, bu sektor Rusiyanın büdcə gəlirlərinin yarısına qədərini təmin edir. Şimal qonşumuz təbii qazın 70 %-ni , neft və neft məhsullarının isə 60 %-ni məhz Avropaya satır.

Müharibə başlayandan bu yana Aİ Rusiyaya “mavi yanacağ”a görə 30 milyard avro, neftə görə isə 20 milyard avro ödəyib. Bu pullar nəticə etibarı ilə sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərini yumşaltmağa imkan verir. Avropa təbii qazdan fərqli olaraq neft məsələsində Rusiyanı əvəz edəcək alternativ tədarükçülər tapa bilər. Eynisini şimal qonşumuz haqqında demək olmaz. Qərbin almaq istəmədiyi neftə nə MDB məkanında nə də Şərqdə alıcı tapmaq mümkün olamayacaq. Buna nə o regiondakı alcıların tələbi nə də logistika kanallarının ötürücülük qabiliyyəti imkan verir. Alıcı qıtlığı şəraitində təbii olaraq hasilat da aşağı düşməli olacaq. Bu, artıq Maliyyə Nazirliyinin də proqnozunda öz əksini tapıb. Belə ki, 2022-ci ildə Rusiyada neft hasilatı 17 % azala bilər. Bu mənada neft embarqosu Rusiya iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər.

Tags: Rusiya nefti

Eyni kateqoriyadan Digər materiallar

Rusiya neftinin qiyməti 40 dollara qədər ucuzlaşıb
Rusiya

Rusiya neftinin qiyməti 40 dollara qədər ucuzlaşıb

09/01/2023
Rusiya neftinə qiymət həddi tətbiqinə 32 ölkə qoşulub
Rusiya

Rusiya neftinə qiymət həddi tətbiqinə 32 ölkə qoşulub

04/12/2022
Almaniya istənilən halda  Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir
Maraqlı Xəbərlər

Almaniya istənilən halda Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir

16/05/2022
“Forbes” Rusiya neftinin ən böyük alıcılarının reytinqini dərc edib
Rusiya

“Forbes” Rusiya neftinin ən böyük alıcılarının reytinqini dərc edib

18/04/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.