logo

Novak: Avropadakı enerji böhranı ənənəvi enerji mənbələrindən imtina meyllərinin təzahürüdür

Views: 324

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Avropada yaşanan enerji böhranının ənənəvi enerji mənbələrindən vaxtından əvvəl imtina etməyə çağırışlardan qaynaqlandığını bəyan edib.

“Nəinki Avropada, həm də Asiyada qiymətlərin kəskin artması onunla bağlıdır ki, ənənəvi enerji daşıyıcıları bazarda kifayət qədər deyil. Bu isə ilk növbədə balanslaşdırılmayan planlaşdırmanın nəticəsidir, bazara olan təzyiqin əsas səbəbi budur. Ənənəvi enerji mənbələrindən imtina etmək çağırışları səsləndirildiyi, bu sahələrə yatırımların azaldılmasının təşviq edilməsi fonunda, gərək düşünüləydi ki, birdən hansısa səbəblər üzündən külək olmadıqda və ya günəşli günlərin az olduğu dövrlərdə bazardakı tələb və təklif məsələlərini necə balanslaşdırmaq mümkündür. Əlbəttə ki, bunlar daha uzun dövrlər üçün öz sahələrinə güvənli olmalı və inkişaf etdirməlidir ki, indi yaşanan hallarla üzləşilməsin”, deyə Novak “Rusiya 24” kanalına verdiyi müsahibədə bildirib.

“Buna görə də, getdikcə planlaşdırma məsələlərində daha diqqətcil olmaq lazımdır, enerji keçidinin daha hamar bir formada keçidinə nail olmaq məqsədəuyğundur – direktiv halda deyil, yeni texnologiyaların ucuzlaşması, onların tədricən inkişafı nəzərə alınmaqla bazar keçidi təmin edilməlidir. Enerji təhlükəsizliyi incə bir məsələdir. Bütün nüansları nəzərə almaq və çox diqqətlə planlaşdırmaq vacibdir”, deyə baş nazirin müavini vurğulayıb.

Caspian Barrel

0

Your Cart