Rusiya Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neftin hasilat səviyyəsinin azaldılmasına dair qərarından razıdır.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. A.Novak OPEC-in razılığa gəldiyi neft hasilatının səviyyəsini sutkada 1,2 milyon barrel aşağı salınması qərarının neft bazarı üçün çox əhəmiyyətli bir addım olduğunu bildirib.
Neft bazarındakı tələb-təklif tarazlığının təmin olunması üçün alınan bu qərarın əhəmiyyətini qeyd edən rusiyalı nazir deyib: “OPEC-ə üzv olan ölkələr razılığa gəlinən bu qərara tabe olacaqları təqdirdə Rusiya da 2017-ci ilin birinci yarısında neft hasilatını gündəlik 300 min barrel azalda bilər.
Qeyd edək ki, dünən Vyanada keçirilən OPEC-in Nazirlər Şurasının 171-ci iclasında kartel üzrə neft hasilatının səviyyəsinin gündəlik 1,2 milyon barrel azaldılaraq, təxminən 33,24 milyon barrel olan gündəlik neft hasilatının 32,5 milyon barrel səviyyəsinə salınmasına qərar verilib.