logo

Azərbaycan 6 ayda ixrac etdiyi təbii qazın həcmlərini açıqlayıb

Views: 67

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 10,379 milyard kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən 6 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 1,586 milyard ABŞ dolları təşkil edib.

Bu həcmlərin 6,293 milyard kubmetri Türkiyəyə, 1,99 milyard kubmetri Gürcüstana ixrac edilib.

Bundan başqa, ötən 6 ay ərzində İtaliyaya 1,626 milyard kubmetr,Yunanıstana 266 milyon kubmetr, Bolqarıstana 120 milyon kubmetr, İrana isə 84 milyon kubmetrtəbii qaz ixrac edilib.

Türkiyəyə yanvar-may aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 880,7 milyon ABŞ dolları, Gürcüstana 252,8 milyon ABŞ dolları təşkil edib.

Həmçinin, bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 363 milyon ABŞ dolları, Yunanıstana 69,2 milyon ABŞ dolalrı, Bolqarıstana 17,6 milyon ABŞ dolları, İrana isə 3,2 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.

0

Your Cart