logo

“SOCAR”ın yanacaqdoldurma şəbəkəsində QR-ödəniş xidməti tətbiq edilib

Views: 319

“SOCAR Petroleum” QSC, “E-PUL” ödəmə xidməti və “Visa”nın birgə layihəsi çərçivəsində “SOCAR” brendinə məxsus bütün yanacaqdoldurma məntəqələrində “QR kod” əsasında təmassız ödəniş xidmətinin tətbiqinə başlanılıb

“Report”un məlumatına görə, bu yeni ödəmə xidməti vasitəsilə müştərilər “E-PUL” mobil əlavəsini öz smartfonlarına yükləyərək SOCAR-ın yanacaqdoldurma şəbəkəsində QR kodla təhlükəsiz və təmassız ödəniş etməklə yanacaq əldə edə biləcəklər. Ödəniş edərkən avtomobildən çıxmağa ehtiyac qalmayacaq. Beləliklə, COVID-19 pandemiyası dövründə xüsusi əhəmiyyəti olan QR kodla təmassız ödəniş şəraiti SOCAR-ın yanacaqdoldurma şəbəkəsinin müştəriləri üçün artıq yaradılıb.

“Nağdsız ödəniş və fiziki kontaktların məhdudlaşdırılması bu günkü pərakəndə bazarlarının əsas tendensiyalarının tələblərini əks etdirən və innovativ olan QR-ödəmələr xidmətinin vacib xüsusiyyətləridir. “Visa” və “E-PUL” mobil əlavəsinin QR kodla ödənişlərin SOCAR-ın yanacaqdoldurma şəbəkəsində tətbiqi bizim müştərilər üçün yeni rahat və təhlükəsiz ödəmə şəraiti yaradacaq, müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına tövhə verəcək, bu isə SOCAR-ın prioriteti hesab olunur”, – məlumatda qeyd edilib.

Bu layihə çərçivəsində “Visa” və “E-PUL” birlikdə 2020-ci ilin 14 dekabr tarixindən təşviqat kampaniyasına start verilir. Belə ki, SOCAR yanacaqdoldurma şəbəkəsində “E-PUL” mobil əlavəsindən və “Visa” kartından istifadə edərək ilkin olaraq QR kodla ən azı 10 manat məbləğində ödəniş edən hər bir müştəri 5 manat məbləğində endirim əldə edəcək.

QR kod ödəmə xidmətindən istifadə etmək üçün aşağıdakı qeyd olunan şərtlərə əməl etmək lazımdır:

• “E-PUL” əlavəsini Android və ya IOS üçün yükləmək;

• Qeydiyyatdan keçib, “Visa” kartını bu təhlükəsiz mobil əlavə vasitəsi ilə əlaqələndirmək;

• Operator avtomobili doldurduqdan sonra, yanacaqdoldurma pompasının üzərində quraşdırılmış QR kodun skan edilməsi;

• Mobil əlavədə alınan yanacağın dəyəri görsənməli;

• Smartfondan ödəniş olunarkən məbləğ kart hesabından avtomatik olaraq silinəcək, ödəniş məlumatları “E-PUL” əlavəsinin tarixçəsində saxlanılacaq;

• Kassa çeki operator tərəfindən müştəriyə təqdim ediləcək.

0

Your Cart