Neft Fondu hərraclarda valyuta satışını getdikcə azaldır
Neft Fondu ilin əvvəlindən valyuta hərraclarında artıq 1 milyard dollardan artıq vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin aprel ayı ərzində 220,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bbu barədə ARDNF-in mətbuat xidmətinin açıqladığı məlumatda bildirilib.
Caspian Barrel qeyd edir ki, cari ilin ilk dörd ayında Neft Fondu valyuta hərraclarında 1 milyard 14,2 milyon dollar məbləğndə valyuta satıb.
Aylar | Satışa çıxarılan valyuta həcmləri
(mln $) |
Yanvar | 285,0 |
Fevral | 258,4 |
Mart | 250,0 |
Aprel | 220,8 |
Cəmi | 1 014,2 |
Cədvəldən göründüyü kimi, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satışın pik həddi yanvar ayına təsadüf edib. Sonrakı aylarda satış həcmləri get-gedə azalıb.