Mayın 1-də 83,1 min ton həcmində Azərbaycan nefti ilə yüklənmiş Yunanıstanın “Nissos Santorini” tankeri Odessa (Qara dəniz, Ukrayna) limanına yan alıb.
“Report” “OilNews” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasından məlumat verilib.
Məlumata görə, tanker xam neft təchizatını Gürcüstanın Supsa limanından (Qara dəniz) həyata keçirib.
Xam neftin boşaldılması mayın 3-də axşam saatlarında baş çatdırılıb.
Qeyd edək ki, Ukrayna Azərbaycan neftinin idxalına ötən ilin oktyabrın sonlarından başlayıb. O zaman iki tanker neft idxal edilmişdi. Cari ildə də neft idxalı müəyyən fasilələrlə davam etdirilir.