Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda 2027-ci ilə qədər neft-qaz hasilatı ilə bağlı proqnozlar açıqlanıb

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib

10/06/2024
Azərbaycanda 2027-ci ilə qədər neft-qaz hasilatı ilə bağlı proqnozlar açıqlanıb
59
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanda neft hasilatı 2027-ci ilə qədər gündəlik orta hesabla 0,65 milyon barel səviyyəsində qalacaq.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

“Son illərdə hasilat davamlı olaraq azalma tendensiyasına malikdir, çünki “Azəri-Çıraq-Günəşli” kimi əsas neft yataqları köhnəlir və hasilat sutkada 0,65 milyon barelə qədər azalıb. Nəticədə Azərbaycan “OPEC+” tərəfindən ona ayrılan kvotalardan ardıcıl olaraq aşağı hasilat həyata keçirir. Növbəti bir neçə il ərzində bu istiqamətdə müəyyən stabilləşməni gözləyirik, çünki bəzi yataqlarda davam edən azalmalar digərlərində tutumun cüzi artımı ilə kompensasiya edilir. Lakin uzunmüddətli perspektivdə hasilatla bağlı azalmanın davam edəcəyi ehtimalı var”, – beynəlxalq reytinq agentliyinin analitikləri bildiriblər.

Hesabata görə, qaz hasilatı ildə təxminən 35-36 milyard kubmetr səviyyəsində sabitləşəcək: “BP-nin operator olduğu əsas “Şahdəniz-2” qaz yatağında hasilata başlanılan (təxminən 16 milyard kubmetr) 2018-ci ildən Azərbaycanda qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. Nəzərə alsaq ki, hasilat artımının böyük hissəsi artıq baş verib, hesab edirik ki, Azərbaycan bu yataqdan qaz hasilatının pik həddinə yaxınlaşır və bu, bir neçə il davam edəcək”.

Agentliyin analitikləri vurğulayıblar ki, uzunmüddətli perspektivdə qaz hasilatını daha da genişləndirə biləcək bir neçə layihə var: “Buraya “Abşeron” yatağının işlənməsinin növbəti mərhələsi (hasilatın ildə 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırılması) və “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından (“deep-gas”) “mavi yanacağ”ın hasilatı daxildir”.

S&P həmçinin qeyd edir ki, Cənubi Qafqaz İxrac Boru Kəməri tam gücü ilə işləyir:

“Buna görə də Avropaya daxil olmaqla istənilən əlavə xalis qaz ixracı üçün boru kəməri infrastrukturunun daha da genişləndirilməsi tələb olunacaq. Bu zaman isə Azərbaycan və onun qazının əsas avropalı alıcıları arasında uzunmüddətli tədarük həcmi və qiymətləri ilə bağlı razılaşmalar lazım olacaq”.

Tags: Azərbaycan neftiAzərbaycan qazıCənubi Qafqaz İxrac Boru KəməriS&P

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Maraqlı Xəbərlər

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır

13/08/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.