Cümə, May 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Bolqarıstanın dağ-mədən kombinatını qazla təmin edəcək 

“Asarel Medet” dağ-mədən zənginləşdirmə kombinatı SOCAR-dan 370 min kubmetr qaz tədarük edəcək

05/09/2024
SOCAR в январе-июле сократила добычу газа на 9,6%
14
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sonunadək Bolqarıstanın “Asarel Medet” dağ-mədən zənginləşdirmə kombinatına 370 min kubmetr qaz tədarük edəcək.

Bunu “Report”a kombinatın icraçı direktoru Nikolay Peltekov deyib.

“SOCAR “Asarel Group”a təbii qaz tədarükünə bu il iyunun 21-də “M-Qaz” şirkəti vasitəsilə başlayıb. Hazırda bu yanacaq həcmləri ümumi tələbatımızı ödəyir. “Asarel”in bu ilin sonuna kimi SOCAR-dan 370 min kubmetr təbii qaz alacağı gözlənilir”, – N.Peltekov bildirib.

O, “Asarel Group”un təbii qazdan CNG şəklində istifadə etməsini qaz nəqli və qazpaylayıcı şəbəkə ilə əlaqənin olmaması ilə izah edib.

“SOCAR-dan tədarükün başlanması ilə biz təbii qazın qiymətlərinin daha rəqabətli olacağını və onun texnoloji ehtiyaclar, həmçinin şirkətin ərazisində tikməyi planlaşdırdığımız yeni kogenerasiya qurğusu üçün istehlakının artacağını gözləyirik”, – agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, hazırda “Asarel Group”un qışda əsasən CNG tədarükü hesabına istehlak etdiyi qazın həcmi ildə təxminən 1,3 milyon kubmetr təşkil edir.

“Biz elektrik enerjisi istehsalı üçün inşası nəzərdə tutulan kogenerasiya qurğusu tam gücü ilə işə salındıqdan sonra qaz istehlakının ildə təxminən 100 milyon kubmetr olacağını gözləyirik”, – N.Peltekov əlavə edib.

“Asarel Medet” kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və emalını həyata keçirən ən böyük şirkətdir. Şirkət yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tədarük edir.

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.