Azərbaycan prezidenti İlham Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Counz “Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə” ordenlə təltif olunub.
Sərəncamın mətni bazar ertəsi dövlət başçısnın saytında dərc olunub.