Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İstanbul hava limanı günəş enerjisi ilə təhciz ediləcək

İstanbul Hava Limanı dünyada bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyən ilk hava limanı olacaq

08/04/2024
İstanbul hava limanı günəş enerjisi ilə təhciz ediləcək
25
BAXIŞ
Share on FacebookShare on Twitter

İstanbul Hava Limanı dünyada bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyən ilk hava limanı olacaq.

“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, “İGA Havalimani Isletmesi A.S.” əməliyyat şirkəti Eskişehir şəhərində təxminən 3 milyon kvadratmetr sahədə 199,32 meqavat gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə başlayıb.

GES-in tikintisinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində stansiyada 439 min fotovoltaik panel quraşdırılacaq. Stansiyanın illik 340 milyon kVt/saat günəş enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da İstanbul Hava Limanının elektrik enerjisinə olan tələbatını tam ödəyəcək.

“Beləliklə, İstanbul Hava Limanı dünyada bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyəcək ilk hava limanı olacaq. Layihənin dəyəri 212 milyon avro qiymətləndirilir, günəş elektrik stansiyasının bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”, – agentlik qeyd edib.

“İGA Havalimani İşletmesi”nin Baş direktoru vəzifəsini icra edən Selahattin Bilgen bildirib ki, şirkət 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmaq öhdəliyinin bir hissəsi olaraq Eskişehir günəş elektrik stansiyası layihəsini hazırlayıb: “Biz qlobal istiləşmə və iqlim dəyişikliyinin bütün dünyada mühüm və ciddi nəticələrini yumşaltmaq istəyirik. Bu günəş elektrik stansiyasının tikintisi ilə 105 min 996 ton karbon dioksid ekvivalentində istixana emissiyalarının qarşısını alacağıq. Layihə təmiz enerjidən geniş istifadə üçün son dərəcə vacibdir”.

İstanbul Hava Limanı hazırda Türkiyənin və Avropanın ən böyük hava limanıdır. Beynəlxalq hava limanı 2019-cu ilin aprelində istifadəyə verilib.

Tags: günəş enerjisiİstanbul hava limanıyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycanın ən böyük günəş elektrik stansiyasının tikintisinə başlanılıb
Azərbaycan

Azərbaycanın ən böyük günəş elektrik stansiyasının tikintisinə başlanılıb

13/08/2025
I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir
Yaşıl enerji

AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir

21/10/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.