Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üzrə layihə hazırlanacaq

layihə çərçivəsində qeyd olunan işlərin həyata keçirilməsi üçün şirkətin cəlb olunması üzrə texniki şərt artıq hazırdır

15/04/2024
Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üzrə layihə hazırlanacaq
30
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin ixracı imkanları üzrə texniki-iqtisadi əsaslandırılmanın hazırlanmasına bu il ərzində başlanılacaq.

Bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.

O qeyd edib ki, layihə çərçivəsində qeyd olunan işlərin həyata keçirilməsi üçün şirkətin cəlb olunması üzrə texniki şərt artıq hazırdır.

“Məsləhətçi şirkətin cəlbi üçün artıq texniki tapşırıq hazırdır və yaxın tarixlərdə qiymətləndirmə ilə bağlı işlərə başlanılacaq”, – E. Soltanov bildirib.

Qeyd edək ki, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya ötürücü sistem operatorları arasında birgə müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi məqsədilə tender keçiriləcək.

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Nazir müavinin sözlərinə görə, bu layihəyə Özbəkistan və Qazaxıstan da xüsusi maraq göstərir: “Bununla bağlı 3 ölkənin nazirləri arasında kommunike imzalanıb”.

O vurğulayıb ki, bu, Avropa İttifaqı ilə “yaşıl enerji” istiqamətində aparılan işlər çərçivəsində reallaşma imkanı yüksək olan layihədir.

 

Tags: elektrik enerjisi ixracıMərkəzi AsiyaQara dənizyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir
Yaşıl enerji

AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir

21/10/2024
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azerbaijan buoys up citizens to benefit from renewable energy sources
Azərbaycan

SOCAR 6 ilə məşəldə yanacaqdan istifadəni sıfıra endirmək niyyətindədir

18/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.