Cümə, Yanvar 23, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür

Asif Zeynalov, GL-in Baş icraçı direktoru: “Qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik. Bu, komandamızın mükəmməlliyə və yüksək nəticələr göstərməyə sadiqliyinin təzahürüdür”

15/04/2024
Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür
181
BAXIŞ
Share on FacebookShare on Twitter

Son beş il ərzində son dərəcə qətiyyətli idik və nəzərəçarpacaq inkişafa nail olduq. Güclü tərəfdaşlıqlar qurduq və çətinlikləri komandamızla birlikdə dəf etdik.

Bu haqda GL şirkəti yaranmasının 5 illiyi münasibəti ilə özünün sosial şəbəkə hesabında bəyan edib. Məlumatda “Biz GL komandasının hər bir üzvünə və tərəfdaşlarımıza töhfələrinə görə dərin minnətdarlığımızı bildiririk” deyə qeyd olunub.

Caspian Barrel xatırladır ki, GL Azərbaycanın ilk özəl yerli enerji şirkətidir. Şirkət Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” olmaqla beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” MMC daxildir.

GL Azərbaycanda neft-qaz əməliyyatlarına 2021-ci ildə başlayıb.  Buna isə Çinin dövlət şirkəti olan CNPC-nin Azərbaycanın Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı” neft yataqlarındakı payını tam şəkildə alması ilə nail olub. 

19 noyabr 2021-ci ildə GL LTD “Salyan Oil Limited”də 50 faizlik hissəni satın alaraq SOCAR-la tərəfdaş oldu.

Hazırda GL şirkəti operator qismində “Kürsəngi” və “Qarabağlı” yataqlarında neft-qaz əməliyyatlarını həyata keçirir və ümumilikdə, blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına cavabdehdir.

“Kürsəngi” və “Qarabağlı” yataqlarının sahəsi 450 kvadrat kilometrdir. Yataqlar uzun illərdir ki, istismardadır. Bu iki yataqdan sənaye əhəmiyyətli neftin alınmasına 1960-cı illərdən başlanılıb. “Qarabağlı” yatağında bugünədək 312 quyu, “Kürsəngi” yatağında isə 495 quyu qazılıb. 

14 dekabr 2021-ci ildə isə GL Risk Xidmət Sazişi əsasında SOCAR-la “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları üzrə müqavilə imzalayıb. 2022-ci ilin 1 iyul tarixindən isə həmin yataqların daxil olduğu blokun bərpası və işlənməsini həyata keçirir.

2023-cü ildə GL afilə edilmiş şirkəti “Taghiyev Operating Company” tərəfindən istismar edilən cari yataqlarda 15 faizdən artıq hasilat enməsinin qarşısını alaraq ilin əvvəli ilə müqayisədə gündəlik hasilatı 10 faizdən çox artırmağa nail olub.

Bundan əlavə, GL afilə şirkəti “Salyan Oil Limited” tərəfindən istismar edilən “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında 19 il davam edən hasilat enməsini dayandıraraq artıma nail olub. Bu uğurların hamısı böyük məbləğdə kapital investisiya edilmədən, yalnız səmərəli hasilat proqramlarının tətbiqi ilə əldə edilib.

2024-cü ildə GL şirkəti “Kürsəngi” və “Qarabağlı” yataqlarında dərinliyi 4000 metrdən çox olacaq iki yeni quyunun və iki yan lülənin qazılması ilə bağlı tender elan etməyi planlaşdırır. 

GL operatoru olduğu yataqlarda yeni texnologiyalar tətbiq etməyi, ətraf mühitin mühafizəsinə nəzarət sistemi yaratmağı, bununla da insanların, ətraf mühitin, əmlakın mühafizə olunmasına diqqəti artırmağı hədəfləyib.

GL şirkəti həmçinin özünün ötən ilin dekabrında törəmə şirkəti olan “GL Technical Services” (GLTS) vasitəsilə sənaye xidmətləri üzrə dünya liderlərindən olan “Baker Hughes” ilə Anlaşma Memorandumu imzalayıb. Bu, GLTS-ə qabaqcıl texnologiyalardan istifadə etməyə və neft-qaz hasilatının artırılması, xərclərin optimallaşdırılması və əməliyyatların səmərəliliyinin artırılması da daxil olmaqla, istismar məsələlərinin həlli üçün kadrların səriştələrini qlobal sənaye standartlarına uyğunlaşdırmaq yolunda yeni imkanlar açır.

 

 

 

 

Tags: Asif ZeynalovGL

Eyni kateqoriyadan Digər materiallar

В США представлена азербайджанская разработка GL Group по применению искусственного интеллекта в сейсмических исследованиях
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025
Успешная деятельность GL Group в центре внимания Милли Меджлиса
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq
Azərbaycan

GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq

06/12/2024
GL 2023-cü ildə neft hasilatı artımına nail olub
Azərbaycan

GL 2023-cü ildə neft hasilatı artımına nail olub

19/03/2024
GL şirkəti ADA Universiteti ilə Memorandum imzaladı
Azərbaycan

GL şirkəti ADA Universiteti ilə Memorandum imzaladı

27/10/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.