Bazar, Dekabr 7, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Altı yeni quyu qazılıb, daha bir neçə quyunun qazılması planlaşdırılır

19/03/2024
GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Untitled design - 2

594
BAXIŞ
Share on FacebookShare on Twitter

GL minimum məcburi iş proqramı çərçivəsində “Buzovna-Maştağa”, “Qala” və “Zirə” neft yataqlarında planlaşdırılan altı yeni quyunun qazma işlərini insidentsiz, ətraf mühitə heç bir zərər vermədən və ən qısa müddət ərzində müvəffəqiyyətlə başa vurub.

Eyni zamanda, 2023-cü ildə GL afilə edilmiş şirkəti “Taghiyev Operating Company” tərəfindən istismar edilən cari yataqlarda 15 faizdən artıq hasilat enməsinin qarşısını alaraq ilin əvvəli ilə müqayisədə gündəlik hasilatı 10 faizdən çox artırmağa nail olub.

Bundan əlavə, GL afilə şirkəti “Salyan Oil Limited” tərəfindən istismar edilən “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında 19 il davam edən hasilat enməsini dayandıraraq artıma nail olub. Bu uğurların hamısı böyük məbləğdə kapital investisiya edilmədən, yalnız səmərəli hasilat proqramlarının tətbiqi ilə əldə edilib.

2024-cü ildə GL şirkəti “Kürsəngi” və “Qarabağlı” yataqlarında dərinliyi 4000 metrdən çox olacaq iki yeni quyunun və iki yan lülənin qazılması ilə bağlı tender elan etməyi planlaşdırır. Özünün texniki xüsusiyyətlərinə görə bu quyular Xəzər regionunda mövcud olan bir çox mürəkkəb quyudan geri qalmayacaq. Salyan sahəsində planlaşdırılan bu qazma işləri həmin yataqlarda 13 il davam edən qazma fasiləsini aradan qaldıracaq mühüm mərhələdir.

“Qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik. Bu, komandamızın mükəmməlliyə və yüksək nəticələr göstərməyə sadiqliyinin təzahürüdür”, – deyə GL-in Baş icraçı direktoru Asif Zeynalov qeyd edib.

GL şirkəti bu mühüm nailiyyətlərin əldə edilməsində göstərdiyi davamlı dəstəyə görə “SOCAR Upstream Management International” MMC-yə öz təşəkkürünü bildirir.

Qeyd edək ki, GL Azərbaycanın ilk özəl yerli enerji şirkətidir. Şirkət Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” olmaqla beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” MMC daxildir.

Tags: Asif ZeynalovBuzovna-MaştağaGLKürsəngiQarabağlı

Eyni kateqoriyadan Digər materiallar

В США представлена азербайджанская разработка GL Group по применению искусственного интеллекта в сейсмических исследованиях
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025
Успешная деятельность GL Group в центре внимания Милли Меджлиса
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq
Azərbaycan

GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq

06/12/2024
Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür
Azərbaycan

Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür

15/04/2024
New Milestone in Oil and Gas Industry in Azerbaijan: GL Sets a Tone
Azərbaycan

Azərbaycanın neft-qaz sənayesində növbəti mərhələ: GL yeni reallıq yaradır

15/12/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.