Bazar ertəsi, Dekabr 15, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

IRENA-nın Baş direktoru: “Azərbaycanla “yaşıl enerji” sahəsində əməkdaşlıq yaxşı səviyyədədir”

07/06/2024
IRENA-nın Baş direktoru: “Azərbaycanla “yaşıl enerji” sahəsində əməkdaşlıq yaxşı səviyyədədir”
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq yaxşı səviyyədədir.

Bunu “Report”a müsahibəsində IRENA-nın Baş direktoru Françesko La Kamera deyib.

“Hökumət və Energetika Nazirliyi ilə əməkdaşlıq yaxşı səviyyədədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı əməkdaşlıq planlarımız da var. Azərbaycan hökuməti COP28-də əldə edilmiş irəliləyişin monitorinqinə dair hesabatlarımıza töhfə verəcək və həmmüəllifi olacaq. Azərbaycan həmçinin bizimlə birgə Mərkəzi Asiya Təşəbbüsünə başlamağa hazırdır ki, bu təşəbbüs çərçivəsində Bakı bu qrup ölkələrə “yaşıl enerji” sisteminin yaradılması yolunda rəhbərlik edəcək ki, bu da qarşılıqlı əlaqənin inkişafına kömək edəcək. Bu, IRENA ilə birgə təşəbbüs olacaq. Daha sonra bu layihədə iştirak edəcək tərəfdaşlar qoşulacaq”, – o bildirib.

Bakı Enerji Həftəsinə gələn Baş direktor Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında ümumi gücü 1 QVt olan bərpa olunan enerji mənbələri sahəsində sazişin imzalanmasını müsbət qiymətləndirərək, bu hadisəni xüsusi adlandırıb: “Həmin gün Bakı Enerji Həftəsinin iştirakçıları üçün xüsusi idi. Azərbaycan Prezidenti İlham Əliyevin bu stansiyaların təməlqoyma mərasimində çıxışı da mənim çox xoşuma gəldi. O, 30 il əvvəl imzalanmış və Azərbaycandan neft və qazın dünya bazarına çıxışını təmin edən sazişə toxunub. Daha sonra o vurğulayıb ki, ölkə təmiz enerjidən istifadəyə daha çox diqqət yetirir ki, bu da onun qalıq yanacaqlardan asılı olmayan bir enerji sisteminə keçidlə bağlı öhdəliyini və sadiqliyini əhəmiyyətli dərəcədə gücləndirir”.

Baş direktor, bu il Bakıda ikinci dəfə olduğunu vurğulayıb: “Ümumilikdə mən Bakıda üç dəfə olmuşam, ikisi bu il baş tutub. Səfərlər zamanı ortaq məxrəcə gəlmək üçün energetika naziri, COP29-un sədri və bütün maraqlı tərəflərlə görüşlər keçirilib”.

Onun sözlərinə görə, Bakı Enerji Həftəsi hökumətləri və özəl şirkətlərini birləşdirən təcrübə mübadiləsi və əməkdaşlıq üçün əla formatdır: “Bu, səmimi dialoq aparmaq, bir-birindən öyrənmək və həmçinin ətrafınızda baş verənlərdən xəbərdar olmaq üçün ən yaxşı vasitədir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti uğur qazanmaq üçün yaxşı formul yaradıb. Qeyd etmək lazımdır ki, tədbirin özünün təşkili çox yüksək səviyyədədir”.

La Kamera həmçinin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində xalis sıfır emissiyaya nail olmağın vacibliyini vurğulayıb: “IRENA çox açıq şəkildə bildirdi ki, biz əsasən infrastrukturla bağlı mövcud maneələri aradan qaldırmağa çalışaraq enerji keçidini sürətləndirməliyik. Bizə bir-biri ilə əlaqəli, inteqrasiya olunmuş, çevik, balanslaşdırılmış şəbəkələr lazımdır. Həm də bərpa olunan enerjiyə yönəldilməli olan bir bazara ehtiyacımız var. Bundan əlavə, hökumətlərin, eləcə də işçi qüvvəsinin, peşəkarların və bu sahədə çalışan hər kəsin institusional potensialı gücləndirilməlidir. İnsanlar “yaşıl keçid” üçün lazım olan yeni peşələrə uyğunlaşmalıdırlar”.

Baş direktor COP29-un keçirilməsi məsələsinə də toxunub. O xatırladıb ki, hazırda (3-13 iyun) Bonn İqlim Konfransı keçirilir: “Bu müddət ərzində biz COP29 yolundakı irəliləyiş haqqında daha çox məlumat əldə edə bilərik. Ümumiyyətlə, COP29 maliyyə məqsədlərinə xüsusi diqqət yetirməklə stimullaşdırıcı olacaq. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti tədbirə hazırlaşmaq üçün səmərəli işləyir və biz konfransın iki həftəsinin yekunları üzrə əhəmiyyətli nəticələr gözləyə bilərik”.

 
Tags: Françesko La Kamerayaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir
Yaşıl enerji

AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir

21/10/2024
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azerbaijan buoys up citizens to benefit from renewable energy sources
Azərbaycan

SOCAR 6 ilə məşəldə yanacaqdan istifadəni sıfıra endirmək niyyətindədir

18/07/2024
Azərbaycan İtaliya şirkəti ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlığı müzakirə edib
Yaşıl enerji

Azərbaycan İtaliya şirkəti ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlığı müzakirə edib

03/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.