Çərşənbə, Noyabr 12, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Qarabağda istehsal edilən elektrik enerjisi İran vasitəsilə ixrac ediləcək

19/05/2022
Qarabağda istehsal edilən elektrik enerjisi İran vasitəsilə ixrac ediləcək
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Qarabağda istehsal ediləcək elektrik enerjisi İran vasitəsilə Naxçıvana, Türkiyəyə, Avropa ölkələrinə ixrac ediləcək.

Bunu “Report”a İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, İran da bu elektrik enerjisindən istifadə edəcək: “Gələcəkdə Qarabağda elektrik stansiyalarının tikintisində İran şirkətlərinin iştirakı nəzərdə tutulur”.

Səfir əlavə edib ki, İran şirkətlərinin Qarabağda həm təhsil kompleksinin, həm də xəstəxananın tikintisində iştirakı nəzərdə tutulur: “Bu istiqamətdə iş aparılır”.

Qeyd edək ki, 1994-cü il 2 iyul tarixində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Adıçəkilən Memorandumda “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikinti işlərinə başlanılmasına dair razılıq əldə edilib.

Adıçəkilən layihənin icrası ilə bağlı aparılan uzunmüddətli müzakirələrin nəticəsi olaraq stansiyaların tikintisi ilə bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” 23 fevral 2016-cı il tarixdə imzalanıb.

“Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, minimal həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılıb.

“Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, minimal həcmi isə 7,5 milyon kubmetr təşkil edir. Su anbarında işlər 95 % tamamlanıb.

Xatırladaq ki, bu günə qədər Qarabağda 4 min meqavat gücündə 9 elektrik stansiyası açılıb. Həmçinin, beş su elektrik stansiyası tikilir və bu layihələr 2022-ci ildə böyük ehtimalla tamamlanacaq. Bununla yanaşı, Laçın və Kəlbəcərdə 100 meqavat gücündə külək elektrik stansiyaların, həmçinin, 50 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulub.

Tags: AzərbaycanИран

Eyni kateqoriyadan Digər materiallar

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək
Rusiya

Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək

18/12/2023
Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir
Azərbaycan

Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir

14/11/2023
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.